AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının XXIV turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Neftçi” ilə matçda “Qəbələ” meydançaya gec çıxdığı üçün görüş gec başlayıb. Bu üzdən “qırmızı-qaralar” 3000 manat cərimələnib.
Azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cəriməyə məruz qalıb.
“İmişli” – “Sabah” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan və bu hal mövsümdə 2-ci dəfə yaşandığından, ev sahibləri 5000 manat cərimə olunub.





