Bu gün Misli Premyer Liqasında 25-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

“Şamaxı” evdə “Araz-Naxçıvan”la qarşılaşacaq. Görüşə saat 15:00-da start veriləcək. Oyunu İnqilab Məmmədov idarə edəcək.

“Karvan-Yevlax” – “Zirə” və “Sabah” – “Sumqayıt” matçları sabah, “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” oyunları martın 20-də, “Turan Tovuz” – “Qəbələ” görüşü ayın 21-də keçiriləcək.

Misli Premyer Liqası
25-ci tur

18 mart

“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
Şamaxı şəhər stadionu, 15:00.

Shares: