Bu gün UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşəcək.

“Barselona” evdə “Nyukasl”la üz-üzə gələcəksə, “Qalatasaray” “Liverpul”un qonağı olacaq. Hər ik matç gərgin mübarizə vəd edir. “Tottenhem”in “Atletiko”dan 2:5 hesablı məğlubiyyətin revanşını alması çətin görünürsə, Almaniyada görüş, ümumiyyətlə, formal xarakterlidir. Səfərdə “Atalanta”nı darmadağın etmiş “Bayern”in ən güclü 8 komanda arasında olacağını indidən demək olar.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

21:45. “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə)

İlk oyun – 1:1

00:00. “Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Bayern” (Almaniya) – “Atalanta” (İtaliya)

İlk oyun – 6:1

00:00. “Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya)

İlk oyun – 2:5

Qeyd edək ki, ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), “Real” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.

Shares: