Formula E-də qalmaqallı hadisə baş verib. “The Race” nəşrinin məlumatına görə, cari mövsümdə çıxış edən 20 sürücünün hamısı FIA prezidenti Məhəmməd bin Sülayemə şikayət ərizəsi təqdim edib.

Sürücülər “stüardların və çempionat rəhbərliyinin hazırkı səviyyəsi, onların koordinasiyası ilə bağlı artan narahatlıqları” ifadə ediblər və həmçinin seriyanın yarış direktoru Marek Hanaşevskini tənqid ediblər.

Pilotların tələblərinə Formula E təcrübəsi olan sürücülərin məsləhətçi kimi təyin edilməsi, stüardların fəaliyyətinin müstəqil şəkildə nəzərdən keçirilməsi və seriya rəhbərliyi ilə sürücülər arasında forumun yaradılması daxildir.

Bu məsələ ilə daha yaxından tanış olmaq üçün Bin Sülayemin İspaniyanın Madrid şəhərində növbəti Formula E mərhələsində şəxsən iştirak etməsi gözlənilir.

Shares: