“Öz istəyimlə, normal qaydada “Şəmkir”dən ayrıldım. Qərar mənim idi. Rəhbərliklə görüşdüm və fikrimin qəti olduğunu bildirdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında II Liqada mübarizə aparan “Şəmkir”in sabiq baş məşqçisi Rasim Əliyev deyib.
Mütəxəssis bildirib ki, “Araz-Saatlı” ilə dünən keçirilən oyunda artıq komandadan ayrılıbmış: “Rəhbərliklə, klubla heç bir problem yoxdur. Münasibətlərimiz normal olaraq qalır, əlaqə saxlayırıq. Hətta dünən oyundan sonra qələbə münasibətilə onları təbrik etdim. Sadəcə, ayrılmaq qərarına gəldim. Mənimlə birlikdə gələn köməkçilərim isə mövsümün sonuna qədər komandada fəaliyyətlərini davam etdirəcəklər. Hazırda yeni klubla danışıqlar aparıram. İnşallah, yaxın günlərdə bu məsələ dəqiqləşəcək”.
GÜNAY SÜLEYMANOVA






