21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.
Futbolinfo.az xəbər verir ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək, ertəsi gün Bolqarıstana yollanacaq.
Komandamız martın 31-də isə Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaq.
U-21-in Portuqaliya və Bolqarıstanla oyunlar üçün heyətini nəzərinizə çatdırırıq:
- Sadiq Məmmədzadə – Difai
- Xəyal Fərzullayev – Sumqayıt
- Səlim Həşimov – Şamaxı
- Emin Rüstəmov – Karvan-Yevlax
- Elgün Dünyamaliyev – Cəbrayıl
- Raul Məmmədov – Səbail
- Okan Təhmazlı – Zaqatala
- Əkbər Eyubov – Mingəçevir
- Kənan Feyziyev – Sumqayıt
- Eşqin Əhmədov – Qəbələ
- Rüfət Abbasov – Şamaxı
- Nadir Orucov – Sumqayıt
- Bilal İsmayılov – Şamaxı
- Nuğay Rəşidov – Qəbələ
- Emil Süleymanov – Şamaxı
- Oruc Məmmədov – Şamaxı
- Şahin Şahniyarov – Qəbələ
- Edqar Ədilxanov – Şamaxı
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Həsən Nəzərli – Keçiörən Bələdiyəsi (Türkiyə)
- Nahid Əliyev – Şəfa
- Şahin İbrahimov – Sabah
- Murad Məmmədov – Neftçi
- Nihad Əhmədzadə – Sumqayıt






