Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” (Türkiyə) – PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Sözügedən oyun martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Shares: