Yürgen Klopp məşqçiliyə qayıtmağın əleyhinə deyil. Amma o, bunun üçün təklif almadığını deyir.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”dan ayrıldıqdan sonra fəaliyyətini donduran alman çalışdırıcı İspaniyada çalışacağı barədə yazılanları təkzib edib. 58 yaşlı mütəxəssis Madrid klublarından dəvət alması ilə bağlı deyilənlərin doğru olmadığını söyləyib: “Real” və ya “Atletiko”dan təklif almağımla bağlı yazılanlar doğru deyil. Çünki heç kim mənə zəng vurmayıb. Bu barədə nəsə danışmağım kiminsə mənimlə görüşməsi lazımdır. Lakin heç kim hətta görüş təyin etmək üçün zəng də vurmayıb”.
Alvaro Arbeloanın mövsümün sonunda “Real”dan ayrılacağı, onu Kloppun əvəz edəcəyi barədə şayiələr çoxdandır var. Son zamanlar isə alman çalışdırıcının Dieqo Simeoneyə xələf olacağı deyilir. Çünki argentinalı mütəxəssis uzun illərdir çalışdığı “Atletiko”nu İngiltərə klublarından birinə dəyişmək fikrinə düşüb.






