PSJ-nin Liqa 1-də “Lans”la keçirəcəyi oyun təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

Qurum Paris təmsilçisinin İngiltərənin “Liverpul” kollektivinə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununa (14 aprel) yaxşı hazırlaşması üçün bu addımı atıb.

Daha əvvəl aprelin 11-ə planlaşdırılan “Lans” – PSJ qarşılaşması mayın 13-də baş tutacaq.

Liqa 1-də PSJ 60 xalla liderdir. Rəqibindən bir xal az toplayan “Lans” ikinci pillədə qərarlaşıb.

Shares: