Basketbol üzrə Avroliqada 34-cü tura yekun vurulub.

Lider “Fənərbağça” İstanbulda “Jalgiris”ə məğlub olub – 82:92. Kendrik Nannın 25 xalı “Panatinaikos”a Afinada “Monako” üzərində 107:97 hesablı qələbə qazanmağa imkan verib.

“Barselona” ilə “Srvena Zvezda” arasındakı oyun overtayma qədər uzanıb. Katalonlar burada 92:88 hesabı ilə qələbə qazanıblar.

Digər iki oynda alınan nəticələr belədir:

Baskonia (Vitoriya, İspaniya) – Hapoel (Tel-Əviv, İsrail) 118:109

Partizan (Belqrad, Serbiya) – Valensiya (Valensiya, İspaniya) 110:104 (OT)

Shares: