Elmar Baxşıyev “Araz-Naxçıvan”dan təzminatını alıb. Bu barədə futbolinfo.az saytına açıqlamasında mütəxəssisin özü məlumat verib.

46 yaşlı çalışdırıcı dekabrda ayrıldığı “qırmızı-ağlar”ın ona heç bir borcunun qalmadığını bildirib.

Baxşıyev son günlər adının I Liqa təmsilçisi “Şəfa”ya baş məşqçi təyin olunması ilə bağlı hallanmasına isə belə münasibət bildirib: “Yenilik yoxdur. Heç bir klub və ya nümayəndə ilə də danışıq aparmamışam”.

Premyer Liqada yox, I Liqa klubunda çalışmaqla bağlı suala isə o, belə cavab verib: “Yox, düşünmürəm. Bəlkə də yaxşı bir layihə olduğu halda, düşünmək olar. Real təklif olmadığından konkret danışmaq istəmirəm”.

Qeyd edək ki, “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra Elmar Baxşıyev ayda 13 min manat təzminat alırdı.

Shares: