“Neftçi” növbəti turda Emin Mahmudovun xidmətindən yararlana bilməyəcək. Təcrübəli oyunçu məşq zamanı zədə alıb.

Futbolinfo.az xəbər verir ki, bakılıların kapitanı müalicə olunmaq üçün Serbiyaya gedib. Onun nə vaxt sıraya dönəcəyi dəqiq bilinmir.

Aprelin 5-də “Sumqayıt”la Premyer Liqa matçında oynamayacağı dəqiq olan Eminin durumu müalicənin gedişindən asılıdır.

Shares: