Türkiyə Super Liqasında 28-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Qaziantep” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” evdə “Kayserispor”a, “Göztəpə” səfərdə “Gənclərbirliyi”nə qalib gəlib. “Trabzonspor”un qonağı olan “Qalatasaray” isə məğlubiyyətə üzülüb.

Türkiyə Super Liqası
28-ci tur
4 aprel

Gənclərbirliyi – Göztəpə 0:2
Qollar: Miroşi, 39-pen. Bokele, 68-pen.

Kasımpaşa – Kayserispor 2:0
Qollar: Benediçak, 10. Yanniotis, 66.

Qaziantep – Alanyaspor 1:1
Qollar: Kozlovski, 63 – İ.Kaya, 42.

Trabzonspor – Qalatasaray 2:1
Qollar: Onuaçu, 4. Nvayvu, 62 – Sinqo, 48.

5 aprel

15:30. Karagümrük – Rizəspor
15:30. Samsunspor – Konyaspor
18:00. Antalyaspor – Eyüpspor
21:00. Fənərbağça – Beşiktaş

6 aprel

21:00. Kocaelispor – Başakşəhər

Shares: