“Böyük dəbilqə” seriyasından olan turnirlərin yeddiqat qalibi və dünya reytinqinin birincisi Karlos Alkaras müxtəlif ölkələrdən ən sevdiyi futbolçuların adını çəkdiyi qısa bir sorğuda iştirak edib. “BBTennis” kanalının hazırladığı sorğuda ispan tennisçinin cavabları aşağıdakı kimi olub.

– Mən bir ölkənin adını çəkəcəyəm, siz də həmin ölkədən ən sevdiyiniz oyunçunun adını söyləyin. İspaniyadan başlayaq.

– Bütün zamanların, yoxsa hazırkı?

– İstədiyiniz kimi.

– Çoxdur axı. Heç kimin adını çəkə bilmərəm, çoxlu əla oyunçu var.

– Almaniya.

– Orada da çoxdur.

– Ağlınıza ilk kim gəlirsə adını çəkin, ən yaxşı olmaq məcburiyyətində deyil.

– Heç kim ağlıma gəlmir, bir az daha düşünüm.

Argentina.

– Messi.

– İtaliya.

– Deyərdim ki… Buffon deyək.

– Portuqaliya.

– Kriştianu Ronaldo.

– İngiltərə.

– Bellingem. Bəli, yəqin ki, onu hazırkı oyunçular arasından seçərdim.

– Braziliya.

– Braziliyada bir neçəsi var. Neymar, Vinisius, Ronaldo, Ronaldinyo.

– Fransa.

– Zidan.

Shares: