Dünyanın aparıcı bukmeyker kontorları Xabi Alonsonun “Liverpul”un baş məşqçisi olmaq şanslarını qiymətləndiriblər.

Xatırladaq ki, dünən Arne Slotun rəhbərlik etdiyi Mersisayd komandası İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Siti”yə 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Bundan sonra Alonsonun “Liverpul”a təyin olunma ehtimalı 1,33-ə düşüb. Bu da 75% ehtimal deməkdir. Luis Enrike həmin yerə ikinci favoritdir (4,00). Üçüncü yeri Almaniya millisini çalışdıran Yulian Nagelsmann və klubun əfsanəsi Stiven Cerard bölüşürlər (hər ikisi 9,00).

Shares: