Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 30-cu turun oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, komanda doğma meydanda “Vlajniya” ilə qarşılaşıb.
“Partizani” bu oyunda 0:2 hesablı məğlubiyyətə üzülüb. İsgəndərli meydana start heyətdə çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 44 xalla 4-cü yerdədir.






