İngiltərə kubokunun 1/4 finalında “Liverpul”la oyun “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” ilk dəfə Qvardiolanın rəhbərliyi altında ardıcıl üç oyunda “Liverpul”a qalib gəlib.

Komanda bundan əvvəl Premyer Liqada “Liverpul”u 2:1 və 3:0 hesabı ilə üstələyib.

Xatırladaq ki, “Mançester Siti” ötən gün “Liverpul”u 4 cavabsız qolla məğlub edib.

Shares: