“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın XXX turunda “Atletiko”ya qarşı oyunda adını tabloya yazıdırıb.
Futbolinfo.az xəbər verir ki, polşalı futbolçu 87-ci dəqiqədə qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.
Levandovski hazırda “Barselona”nın heyətində 118 qol vurub. Bunun sayəsində polşalı hücumçu Kataloniya klubunun tarixində qol sayına görə 11-ci yerə yüksələrək Xristo Stoiçkovu geridə qoyub.
Qeyd etmək lazımdır ki, Levandovski 185 oyunda 118 qol vurub, Stoiçkov isə 255 oyunda 117 qol vurub.
“Barselona”da bütün zamanların ən yaxşı beş bombardirləri sırasına qoşulmaq üçün Levandovskinin 130 qol vurması lazımdır. Komandanın əvvəlki tanınmış sabiq futbolçuları – Samuel Etoo və Rivaldonun hesabında bu qədər qol var..
İlk “üçlük”də Luis Suares (195), Sezar Rodriges (225) və Lionel Messi (672) yer alıblar.






