Yuri Vernidubun gəlişindən sonra yüksəlişə keçən “Neftçi” uğurlu çıxışını davam etdirir.

Futbolinfo.az saytının məlumatına görə, Bakı klubu səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasını dünən də davam etdirib.

“Ağ-qaralar” ukraynalı mütəxəssisin rəhbərliyi altında hələ ki, səfərdə məğlubiyyət üzü görməyib. Komanda son olaraq dünən Misli Premyer Liqasının 26-cı turu çərçivəsində “Sumqayıt”a səfərdə 3:1 hesabı ilə qalib gəlib. “Neftçi” Vernidubun gəlişindən sonra keçirdiyi 6-cı səfər qarşılaşmasında 5-ci qələbəsini qazanıb. Komanda bir dəfə də heç-heçəyə nail olub.

Ümumiyyətlə, “Neftçi” bu mövsüm 13 səfər matçının yalnız ikisində yenilib. Komanda 11-ci turda “Qarabağ”a, 14-cü turda isə “Sabah”a 0:2 hesabı ilə uduzub.

“Sumqayıt”ın isə evdə uğursuz çıxışı davam edir. “Kimyaçılar” doğma azarkeşləri önündə son 5 matçının 4-də uduzub, 1 dəfə heç-heçə edib. “Gənclik şəhəri” təmsilçisi öz meydanında axırıncı dəfə 14-cü turda (9 dekabr) “İmişli”ni (1:0) üstələyib. Bu isə ötən il dekabın 9-na təsadüf edib. Yəni, “Sumqayıt” 2026-cı ildə ev qələbəsi üzü görməyib.

Shares: