“Neftçi”ni 2026-27 mövsümündə çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib.

Futbolinfo.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Yuri Vernidubun növbəti mövsüm də komandanın “sükanı arxasında” qalacağı dəqiqləşib.

60 yaşlı mütəxəssis ötən ilin dekabrında “Neftçi” ilə 1,5 illik müqavilə imzalamışdı. Hətta sözləşmədə yayda tərəflərdən birinin müqaviləyə xitam vermək maddəsi də var. Lakin nə Vernidub özü, nə də rəhbərlik bu ayrılığın tərəfdarıdır.

Vernidubun gəlişindən sonra toparlanan “Neftçi” artıq Premyer Liqada 5-ci pilləyə yüksəlib. Ukraynadan maraq olmasına baxmayaraq, tərəflər 2027-ci ilin yayına qədər olan anlaşmaya sadiq qalmaq qərarına gəlib.

Qeyd edək ki, hazırda 40 xalla 5-ci pillədə qərarlaşan “Neftçi”nin ehtiyatında bir oyun var.

Shares: