MBA-nın müntəzəm çempionatı 11 oyun ilə davam edib.
“Dallas Maveriks” Luka Donçiç və Ostin Rivzsiz oynayan “Los Anceles Leykers” komandasını (134:128) məğlub edib. Dallaslıların hücumçusu Kuper Fleqq 45 xal, 8 ribaund və 9 məhsuldar ötürmə ilə diqqət çəkib.
“Şarlott Hornets” Minnesota komandasını müdafiəçi Lamelo Bollun 35 xalı sayəsində 122:108 hesablı məğlubiyyətə uğradıb.
“Qolden Steyt Vorriors”un ulduzu Stiven Karri zədədən sağaldıqdan sonra ilk oyunda komandasına yardım edə bilməyib. “Hyuston Rokets” çətin görüşdə rəqibini üstələyib – 117:116. Meydançada 26 dəqiqə ərzində Karri 29 xal toplayıb. Qonaqların heyətində Alperen Şengün 25 xalla yadda qalıb.
Digər oyunların nəticələri belədir:
Çikaqo – Finiks 110:120
Boston – Toronto 115:101
Bruklin – Vaşinqton 121:115
Miluoki – Memfis 131:115
Klivlend – İndiana 117:108
Nyu-Orlean – Orlando 108:112
Oklahoma Siti – Yuta 146:111
Sakramento – Klippers 109:138






