Basketbol üzrə Avroliqanın yeni baş direktoru Çus Bueno MBA-nın Avropa bazarına potensial girişi ilə bağlı tərəfdaşlığı müzakirə etməyə açıq olduğunu təsdiqləyib.

“Bunun mümkün olub-olmadığını və ya necə olduğunu demək üçün hələ tezdir. Hamımız bilirik ki, bu, asan deyil və biz hələ bunu bacarmamışıq. Amma düşünürəm ki, hamımız parçalanmanın yaxşı nəticə verməyəcəyini bilirik. Buna görə də əgər MBA kapital cəlb edib Avropaya vaxt və resurslar yatırmaq qərarına gələrsə, Avroliqa və onun tərkibindəki klublar oyunu və biznesi hər kəsin xeyrinə necə inkişaf etdirə biləcəyimizi müzakirə etməyə açıq olmalıyıq. Hamımız klublarımızın, funksionerlərimizin, kapitalımızın əsas maraqlarını qoruyacağıq. Avropa basketbolu böyük gələcəyə layiqdir”, – deyə Bueno sosial media səhifəsində yazıb.

Bueno həmçinin səhmdarlara liqanın böyüməsi və klub dəyərinin artırılması üçün bir plan təqdim etdiyini və bu planın təsdiqləndiyini açıqlayıb. O, klubların maraqlarını müdafiə edəcəyini və bütün tərəflərlə sağlam müzakirə aparacağını bildirib.

Shares: