“Böyük dəbilqə” seriyalı turnirlərin dördqat çempionu və dünya reytinqinin 2-ci tennisçisi Yannik Sinner futbol üzrə İtaliya yımasının Dünya Çempionatına vəsiqə qazanmaq üçün titulunu dəyişdirib-dəyişdirməyəcəyi sualını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Sinner “Titulunuzu İtaliyanın Dünya Çempionatına vəsiqəsi ilə dəyişdirərdinizmi” sualına konkret cavab verib.

“Bu, dəlilikdir, mən böyük bir müsahibə vermişəm, indi isə fransızlar gəlib məndən bu barədə soruşurlar. Əlbəttə ki, zarafat edirəm. Mən məmnuniyyətlə bu dəyişikliyi edərdim. Bir çox gənc və uşaq İtaliya ilə Dünya Çempionatında iştirakını görməyib”, – deyə “Eurosport”a müsahibəsində Sinner qeyd edib.

Xatırladaq ki, İtaliya millisi Dünya Çempionatının pley-off oyununda Bosniya və Herseqovinaya penaltilər seriyasında (1:1, penaltilərdə 4:1) məğlub olaraq mundialdan kənar qalıb.

Shares: