Kiprin Peyia şəhərində şahmatçıların “İddiaçılar Turniri” davam edir.

Qrosmeysterlər yeddinci turun oyunlarını keçiriblər. Turnir cədvəlinə özbəkistanlı Cavohir Sindarov başçılıq edir.

Yarışın son gününün nəticələri belədir:

Vey Yi (Çin) – Andrey Yesipenko (Rusiya) 1:0

Fabiano Karuana (ABŞ) – Rameşbabu Praqnanandhaa (Hindistan) 1/2:1/2

Aniş Giri (Niderland) – Cavohir Sindarov (Özbəkistan) 1/2:1/2

Mattias Blubaum (Almaniya) – Hikaru Nakamura (ABŞ) 1/2:1/2

“İddiaçılar Turniri”nin qalib 70 000 avro qazanacaq. Yarışın mükafat fondu 1 milyon avrodur. Turnir zamanı hər bir şahmatçı hər yarım xala görə əlavə 5 000 avro bonus əldə edəcək.

Shares: