“Real” bu mövsüm zədəlilərin sayının çox olmasının keçmiş baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında zəif hazırlıq planlamasından qaynaqlandığını düşünür.

Bu mövsüm komandanın bir çox əsas oyunçusu, o cümlədən Kilian Mbappe, Cud Bellingem, Tibo Kurtua və Trent Aleksandr-Arnold zədə alıb, David Ximenes Korredor və Tiaqo Pitarç kimi gənclər məcburiyyətdən əsas heyətdə oyuna çıxmağa başlayıblar.

La Liqanın 30 turundan sonra “Real” 69 xalla turnir cədvəlində “Barselona”nın yeddi xal gerisində qalmaqla ikinci yerdə qərarlaşıb. Növbəti turda Alvaro Arbeloanın komandası evdə “Jirona” ilə qarşılaşacaq.

Shares: