“Çelsi” yayda heyətinə daha bir gənci qatacaq. Valentin Barko 35 milyon avro qarşılığında Londona köçəcək.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Liam Rosenyor “Strasburq”da birgə işlədiyi mərkəz yarımmüdafiəçisinin alınmasını rəhbərlikdən tələb edib. Fransa klubu”Çelsi”nin farm-klubu sayıldığından bu keçid çətin olmamalıdır.
21 yaşlı argentinalı ötən yay “Brayton”dan 10 milyon avroya transfer olunmuşdu. O, “Çelsi”də həmyerlisi Enzo Fernandesi əvəz etməlidir.






