Eritreya milli komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini ilə səfər oyunundan sonra itkin düşüb. Bu barədə tanınmış jurnalist Roman Molina sosial media hesabında bildirib.

2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunu martın 31-də baş tutub və Eritreyanın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

2019-cu ilin dekabr ayından bəri Eritreya milli komandası yoldaşlıq oyunları da daxil olmaqla heç bir rəsmi görüş keçirməmiş və Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqindən kənarlaşdırılmışdı.

Shares: