Dani Olmo “Barselona”dan ayrılmağı düşünmür. İspaniya yığmasının üzvü çoxsaylı təkliflərin heç biri barədə düşünmür.

Futbolinfo.az xəbər verir ki, mətbuat yarımmüdafiəçinin Səudiyyə Ərəbistanından və MLS-dən çox ciddi təkliflər aldığını yazır. Lakin oyunçu onlarla bağlı hətta müzakirə aparmağı da düşünmür. 27 yaşlı Olmo ən azı müqaviləsinin bitdiyi 2030-cu ilin yayınadək katalon klubunda qalacaq.

Dani hər hansı Avropa klubu haqqında da düşünmür. İki il öncə “Leypsiq”dən 55 milyon avroya transfer edilən ispan əsas hədəfi olan Çemponlar Liqasını ndiki klubunda qazanmağa köklənib.

Shares: