Robert Levandovski yayda bir çox klubun əsas transfer hədəfi olacaq. Polşalı hücumçunun “Barselona”dan azad agent kmi ayrılması hamı üçün sərfəli variantdır.

Futbolinfo.az xəbər verir ki, hazırda forvardın əsas müştərisi “Milan”dır. Amma İtaliya klubu Levandovskidən ciddi maaş endirimi gözləyr. MLS-dən, Səudiyyə Ərəbistanından, həmçinin Türkiyə klublarından ciddi dəvətləri olan Robert buna isti yanaşmır. Yalnız Çempionlar Liqasında mübarizə aparmaq istəyi onu fikrindən döndərə bilər.

Polşalı oyunçu isə gələcəyi barədə açıqlama verməyə tələsmir. O, komandasının mövsümü titullarla başa vurmasına köklənib. Yayda isə Robert son seçimni edəcək. Hücumçunun hələ də daha bir mövsüm İspaniyada qalmağa ümidi var.

Shares: