Misli Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.
“Qarabağ” “Karvan-Yevlax”la qarşılaşacaq. Oyunu Kamranbəy Rəhimov idarə edəcək.
Daha öncə keçirilən oyunlarda “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub. “İmişli” – “Turan Tovuz”, “Zirə” – “Şamaxı” və “Araz-Naxçıvan” – “Sabah” matçları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
26-cı tur
6 aprel
“Qarabağ” – “Karvan-Yevlax” 5:0 (1-ci hissə)
Qollar: Leandro Andrade, 23. Kamilo Duran, 31; 45. Dani Bolt, 40. Abdullah Zubir, 43.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Karvan-Yevlax: 99. Pedro Mateus, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.





