İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Udineze” – “Komo” matçı qolsuz bitib. “Atalanta” səfərdə “Leççe”yə, “Yuventus” evdə “Cenoa”ya, “Napoli” isə “Milan”a qalib gəlib.
Hazırda 72 xala malik “İnter” vahid liderdir. “Napoli” 65, “Milan” 63, “Komo” 58, “Yuventus” 57, “Roma” 54, “Atalanta” 53 xal toplayıb.
İtaliya A Seriyası
31-ci tur
4 aprel
Sassuolo – Kalyari 2:1
Qollar: U.Qarsiya, 50. Pinamonti, 78 – Espozito, 30-pen.
Verona – Fiorentina 0:1
Qol: Facoli, 82.
Latsio – Parma 1:1
Qollar: Noslin, 77 – Delprato, 15.
5 aprel
Kremoneze – Bolonya 1:2
Qollar: Bonatsoli, 90+1-pen – J.Mario, 3. Roue, 16.
Piza – Torino 0:1
Qol: K.Adams, 80.
İnter – Roma 5:2
Qollar: L.Martines, 1; 52. H.Çalhanoğlu, 45+2. M.Türam, 55. Barella, 63 – Mançini, 40. Pelleqrini, 70.
6 aprel
Udineze – Komo 0:0
Leççe – Atalanta 0:3
Qollar: Skalvini, 29. Krstoviç, 59. Raspadori, 73.
Yuventus – Cenoa 2:0
Qollar: Bremer, 4. Makkenni, 17.
Napoli – Milan 1:0
Qol: Politano, 79.






