Misli Premyer Liqasının 2025-26 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Futbolinfo.az saytının məlumatına görə, rekord 26-cı turun “Qarabağ” – “Karvan-Yevlax” oyununda qırılıb.

Ağdam təmsilçisi çempionatın debütantının qapısından 7 cavabsız top keçirib. Bununla “Qarabağ” ən böyükhesablı qalibiyyət rekordunu ələ keçirib. Buna qədər ən böyük fərq 6 topla olub. “Qarabağ” 23-cü turda “Araz-Naxçıvan”ı, “Neftçi” 25-ci turda “İmişli”ni 6:0 hesabı ilə üstələyibsə, “Sabah” 23-cü turda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda “Sabah” 62 xalla 1-ci, “Qarabağ” 55 xalla 2-ci pillədə qərarlaşır.

Shares: