Milli Basketbol Assosasiyasının müntəzəm çempionatı 5 oyunla davam edib.

“Denver Naggets” evdə “Portlend Treyl Bleyzers”i 137:132 hesabı ilə məğlub etməklə Qərb konfransında 3-cü yerini qoruyub. 35 xal toplayan Nikola Yokiç tripl-dabl edib.

Vembanyamanın zədə aldığı və Kaslın tripl-dabl etdiyi oyunda “San Antonio Spörs” doğma meydançada “Filadelfiya Siksers”ə 115:102 hesabı ilə qalib gəlib.

Digər oyunların nəticələri belədir:

Atlanta Houks – Nyu-York Niks 105:108

Orlando Mecik – Detroyt Pistons 123:107

Memfis Qrizlis – Klivlend Kavalers 126:142

Shares: