AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 22-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.
“Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.






