Premyer Liqanın 26-cı turunun iki oyununun hakim təyinatlarında ictimaiyyətə xəbər verilmədən dəyişiklik edilib.

Futbolinfo.az xəbər verir ki, ötən gün keçirilmiş “Qarabağ” – “Karvan-Yevlax” oyununda AVAR-da oturmalı olan Əliyar Ağayev Tural Qurbanovla əvəzlənib.

Bu gün keçirilən “İmişli” – “Turan Tovuz” oyununda da Cavid Cəlilov baş hakim olmalı idi. Amma onu Rəvan Həmzəzadə əvəz edib. Bu oyunun digər hakimlərinin siyahısında da dəyişiklik var.

Öncədən açıqlanmış təyinatlar:

6 aprel

“Qarabağ” – “Karvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Emin Əliyev.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

7 aprel

“İmişli” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Dəyişiklərdən sonrakı təyinatlar:

6 aprel

“Qarabağ” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

7 aprel

“İmişli” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK stadionu, 15:00

Qeyd edək ki, bu dəyişiklər Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” matçındakı hakim səhvlərindən qaynaqlanır. Belə ki, baş hakim Əliyar Ağayev həmin görüşdə tovuzluların iki penaltisini verməmişdi. Buna görə də FİFA referisi cəzalandırılıb. Cavid Cəlilov da həmin oyunda VAR-da oturmuşdu. Bu üzdən onun da “İmişli” – “Turan Tovuz” matçına təyinatı ləğv edilib.

Shares: