“İmişli”nin qələbəsiz oyunlar seriyası 14-ə çatdı. “Turan Tovuz”la ev matçında 1:1 hesablı heç-heçəyə razılaşan bölgə təmsilçisi yenə tilsimi qıra bilmədi.
Jorj Kaşkilyanın yetirmələrinn daha bir seriyası ev oyunları ilə bağlıdır. Rəqiblərini mövsümün əvvəlində Şamaxıda, daha sonra isə Qubada qəbul edən komanda 26 tur ərzində qonaqları məğlub edə bilməyib.
Əvəzində bu gün “İmişli” qol orucunu pozdu. Sonuncu dəfə 18-ci turda fərqlənmiş komanda 8 turdan sonra bu həsrətə son qoydu.






