“Azərbaycan Kubokunun cavab oyununa vaxtımız var. Həmin görüşə ilk oyundan daha motivasiyalı çıxacaq və sona qədər mübarizə aparacağıq”.

Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhtiyar Əliyev deyib.

Təcrübəli müdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə”yə 0:2 hesabı ilə məğlub olduqları görüşü şərh edib. 34 yaşlı futbolçu verilməyən penalti epizodu və AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun qərarla bağlı açıqlamasına münasibət bildirib:

“AFFA İntizam Komitəsinin qərarları ilə tanış oldum, videoya da baxdım. Səhvi təsdiqləsələr də, oyunda verilən qərarlar bizim əleyhimizə oldu. Bəlkə də həmin epizodda penalti verilsəydi, rəqib ikinci sarı vərəqəni alacaqdı. Çünki Ruan Renato həmin vəziyyətdə artıq bir sarı vərəqə almışdı və bu, qırmızı ilə nəticələnərək oyunun taleyini dəyişə bilərdi. Penalti verilmədi. Düzdür, məğlub olduq, amma bu o demək deyil ki, əhvalımız korlanıb”. Bu həftə çempionat oyunumuz var, ona hazırlaşırıq və xal qazanmaq istəyirik”.

Qeyd edək ki, “Turan Tovuz”la “Zirə” arasında cavab görüşü aprelin 21-də keçiriləcək.

Shares: