Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində “Sumqayıt” NTD-ni qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi – 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Daha əvvəl “Naxçıvan”, “Şəki” və “Gəncə” kollektivləri də Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

Beləlikə, pley-offda “Sabah” – “Naxçıvan”, “Abşeron Lions” – “Şəki”, “Neftçi” – NTD və “Ordu” – “Gəncə” matçları keçiriləcək.

Shares: