UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iki oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Real” evdə “Bayern”lə üz-üzə gəlib, “Arsenal” isə səfərdə “Sportinq”in qonağı olub. Hər iki oyunda qonaqlar qalib gəliblər.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
7 aprel
Real (İspaniya) – Bayern (Almaniya) 1:2
Qollar: Kilian Mbappe, 74 – Luis Dias, 41. Harri Keyn, 46.
Sportinq (Portuqaliya) – Arsenal (İngiltərə) 0:1
Qol: Haverts, 90+1.






