Misli Premyer Liqasının 2025-26 mövsümündə 400-cü qol vurulub.
Futbolinfo.az saytının məlumatına görə, yubiley qolu 26-cı turun “Araz-Naxçıvan” – “Sabah” (2:4) oyununa təsadüf edib. Turun son matçının 62-ci dəqiqəsində dubl edən qonaqların almaniyalı hücumçusu Coy-Lens Mikels mövsümdə 400-cü qolun müəllifi olub.
Bu mövsüm hələ ki, ümumilikdə 401 qol vurulub ki, bunun 89-u yerli, 302-si əcnəbi futbolçuların aktivinə yazılıb. 10 dəfə isə avtoqol qeydə alınıb.
Hesablama zamanı 4-cü turun “İmişli” – “Sumqayıt” oyunundakı 0:3 hesablı texniki məğlubiyyət nəzərə alınmayıb.
Qeyd edək ki, cari mövsüm 100-cü qolu “İmişli”dən Ronaldo de Souza (8-ci turda “Qəbələ” ilə oyun), 200-cü qolu “Sumqayıt”dan Rüstəm Əhmədzadə (14-cü turda “İmişli” ilə oyun), 300-cü qolu isə “Araz-Naxçıvan”dan Felipe Santos (21-ci turda “Karvan-Yevlax”la oyun) vurub.






