Misli Premyer Liqasında 26-cı tur 2025-26 mövsümünün ən məhsuldar ikinci turu kimi yadda qalıb.
Futbolinfo.az saytının məlumatına görə, bu turda keçirilən 6 oyunda qapılara ümumilikdə 23 top vurulub. Rekord isə 8-ci turda qeydə alınıb. Həmin vaxt indikindən 1 top çox – 24 qol qeydə alınıb. 10-cu tur isə 22 qolla üçüncü pillədədir.
Qeyd edək ki, 26-cı turda “Qəbələ” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1), “Sabah” “Araz-Naxçıvan”ı (4:2) səfərdə, “Qarabağ” “Karvan-Yevlax”ı (7:0) evdə məğlub edib. “İmişli” – “Turan Tovuz” və “Zirə” – “Şamaxı” matçları 1:1 hesablı heç-heçə ilə başa çatıb.






