MBA-da bu gecə müntəzəm çempionatın 10 oyunu baş tutub.
Luka Donçiçin zədələnməsindən sonra “Leykers”in uğursuzluğu davam edir. Kaliforniya təmsilçisi bu dəfə evdə “Oklahoma Siti Tanders”ə məğlub olub – 87:123.
Bu məğlubiyyətdən “Hyuston Rokets” yararlanıb. Texas komandası Finiks səfərində qələbə qazanıb – 119:105. Alperen Şengün 12 xal, 14 ribaund və 6 asistlə oynayıb.
Digər oyunların nəticələri belədir:
Vaşinqton – Çikaqo 98:129
İndiana – Minnesota 104:124
Bruklin – Miluoki 96:90
Toronto – Mayami 121:95
Boston – Şarlot 113:102
Nyu-Orlean – Yuta 156:137
Qolde Steyt – Sakramento 110:105
Klippers – Dallas 116:103






