Dünya atletikasının əfsanəsi Useyn Bolt Monakoda tennis turnirinə təşrif buyurub. 8 dəfə olimpiya çempionu olan yamaykalı atlet Yannik Sinnerin Uqo Umberlə görüşünü izləyib.

Oyundan sonra Bolt görüşü qalib başa vuran Yannik Sinnerlə söhbət etməyə macal tapıb. Bir neçə dəqiqəlik söhbətdən sonra Sinner bununla bağlı sosial media hesabında paylaşım edib: “Sən mənim üçün ilhamverici qüvvəsən”.

Xatırladaq ki, Monakoda keçirilən “Masters” turnirində daim tanınmış simalar olub. Həlledici qarşılaşmalarda onların bir qədər artıq olacağı gözlənilir.

Shares: