Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib. MOK-dan verilən məlumata görə, Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib.
Bildirilib ki, yeni medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndərilib. Təqdimat mərasimində hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq. (Report)
Qeyd edək ki, mərasim MOK-un inzibati binasında baş tutacaq və Olimpiya mükafatçıları xüsusi dəvət əsasında tədbirdə iştirak edəcəklər.






