“Arsenal”ın futbolçusu Maks Dauman Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, o, bunu 1/4 finalının “Sportinq”ə qarşı ilk oyununda (1:0) iştirak etməklə bacarıb. Dauman görüşün 76-cı dəqiqəsində meydana çıxıb.

Nəticədə 16 yaş 97 günlük yarımmüdafiəçi ÇL tarixində 1/4 finalda oynayan ən gənc futbolçu olub.

Əvvəlki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxan “Barselona”nın hücumçusu Lamin Yamala məxsus idi.

Shares: