İtaliya Futbol Federasiyasının (FIGC) prezidentliyə namizədlər Covanni Malaqo və Cankarlo Abete Antonio Konteni milli komandanın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd sayır.

“La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, “Azzurri” əfsanələri Paolo Maldini, Alessandro del Pyero və Demetrio Albertininin prezidentlik yarışında iştirak edə biləcəyi barədə şayiələrə baxmayaraq, 67 yaşlı Malaqo və 75 yaşlı Abete əsas namizədlərdir. Kontenin baş məşqçi vəzifəsində əsas alternativləri Roberto Mançini və Massimiliano Alleqridir.

FIGC-nin yeni prezidenti iyunun 22-də seçiləcək, ona görə də milli komandanın bu ayın əvvəlində keçirilməsi planlaşdırılan növbəti iki oyununa müvəqqəti baş məşqçi olacaq. Kontenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır, lakin “Napoli” prezidenti Aurelio de Laurentis məşqçini İtaliya millisinə buraxacağını indidən bildirib.

Shares: