“Mançester Siti” Elliot Andersonun transferini yekunlaşdırmağa çalışır. “Şəhərlilər” bu mübarizədə favoritdir və keçidin mövsüm bitən kimi elan olunması gözlənilir.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı oyunçu özü də “şəhərlilər”in düşərgəsinə can atır. “Nottingem Forest”lə 2029-cu ilin yayınadək müqaviləsi olan şotland yarımmüdafiəçi şəxsi müqavilə ilə bağlı problem yaratmır.

İndi əsas məsələ klubların anlaşmasıdır. Mançesterlilər 65 milyon funt-sterlinq ödəyərək transferi qısa zamanda yekunlaşdırmağı düşünür.

“Nottingem Forest” 2 il öncə Anderson üçün “Nyukasl”a 41 milyon avro ödəmişdi.

Shares: