Avropa Liqasında 1/4 final mərhələsinə bir oyunla start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə İspaniya təmsilçisi “Betis” Portuqaliyada “Braqa”nın qonağı olub.
“Estadio Municipal de Braga”da baş tutan oyunda bərabərlik qeydə alnıb -1:1.
Ev sahiblərinin heyətində Florian Qrilliç (5) fərqlənib. Qonaq komandanın qolunu isə penaltidən Xuan Kamilo Ernandes (62) vurub.
Xatırladaq ki, raundun digər qarşılaşmaları aprelin 9-da keçiriləcək.






