“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Sabah”la matçda qırmızı vərəqə alıb. O, cari mövsüm texniki zonadan qovulan 3-cü çalışdırıcı olub.
Daha əvvəl 13-cü turda “Sumqayıt”ın baş məşqçisi Saşa İliç və “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov qırmızı vərəqə almışdılar.
Hakimlər bu mövsüm ümumilikdə 7 rəsmi şəxsi texniki zonadan qovub.






