Cari mövsümdə ilk dəfə Fərid Hacıyevin idarə etdiyi bir oyunda penalti qolu qeydə alınıb. “Araz-Naxçıvan” – “Sabah” görüşündə qonaqlar iki dəfə onbirmetrlik zərbədən fərqləniblər.
Maraqlıdır ki, Hacıyev əvvəlki görüşlərdə də penalti nöqtəsini göstərib. Lakin buna qədər “Sumqayıt” iki dəfə, Qəbələ” isə bir dəfə penaltini qola çevirə bilməyib.
Fərid Hacıyev həm də ən çox oyun idarə edən hakimdir. O, cari mövsüm 15 matçda ədaləti qoruyub. Kamal Umudlu 14 oyunla, Əliyar Ağayev, Cavid Cəlilov, Tural Qurbanov və Rauf Cabarov 13 qarşılaşma ilə onu izləyirlər.






